İmişli rayonunun Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində Ulu Öndərimiz Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. 

Bu barədə Mia.az-a həmin mıktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbəhazırlıq qrupuna cəlb olunmuş uşaqlar da yubiley tədbirinin sevincini yaşayıblar.

 Onlar Ulu Öndərə həsr olunmuş serlər söyləyib, onun müdirik kəlamlarına istinad ediblər. 

Məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Səxavət Tağıyev məktəbəhazırlıq qrupunda məşğələ aparan sinif müəllimi Tahrə Babayevanı səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltf edib.

Tədbir kiçik yaşlıların  rəqs və mahnıları ilə yekunlaşıb.