Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə milli komandaları üz-üzə gəlib. Hesabı 39-cü dəqiqədə Rəşad Sadıqov açıb və oyun milli komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.