Prezident İlham Əliyev bu gün Ağdaş rayonunun Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Mia.az bildirir ki, sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.