Sabirabad rayonunda işçilər pambıq tarlasına işləməyə gedərkən traktorun qoşqusu aşıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 6 qadın kanala düşərək boğulub, sürücü və bir qadın isə yaralanıb.
Ölənlər:
1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı
2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı
2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı
1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı
1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı
1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı
Yaralılar:
1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı
1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu
Meyitlər artıq ailələrinə təhvil verilib. Kənardan hadisəni görən 25 yaşlı gənc stressə düşüb. Hazırda onun vaziyyəti yaxşıdır.
****
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəhriyar kəndində traktorun qoşqusu aşaraq kolektora düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişənlərin hamısı qadınlardır.
Mia.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb "lapet"in (qoşqu) traktordan ayrılması olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ölən qadınlar pambıq becərməyə gedirmiş. Əlavə məlumat veriləcək.
****
Xəbər verdiyimiz kimi, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişən qadınlar pambıq becərməyə gedirmişlər. Unikal.org-un əldə etdiyi məlumata görə hazırda Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir...
%20-%20%D0%BA%D0%BE%D0%BF%D0%B8%D1%8F.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

