Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçirir.
DİM-dən Mia.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunur.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 11827 şagird qeydiyyatdan keçib.
İmtahanların idarə edilməsi üçün 75 imtahan rəhbəri, 728 nəzarətçi-müəllim ayrılıb.