Kriminal aləmdə "Dato Ağcəbədinski” kimi tanınan avtoritet Cavid Məmmədov Ukraynada saxlanılıb.
Mia.az-ın Lent.az-a istinadən məlumatına görə, Cavid Məmmədov mayın 5-də paytaxt Kiyevdə saxlanılaraq ölkədən 3 il müddətinə deportasiya edilib.
Bundan başqa digər azərbaycanlı qanuni oğru İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul-Kiyev reysi ölkəyə gələn İlqar Əliyev hava limanında saxlanılaraq geri qaytarılıb