Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Mia.az xəbər verir ki, İtaliya "Roma" komandası "Liverpul"la qarşılaşıb.
Qeyd edək ki, ilk oyunda ingilis komansı 5-2 hesabı ilə qəzləbə qazandığından "Roma"nın cavab görüşündə çətin mərhələ adlayacağə gözlənilirdi. Lakin "Roma"lılar az qala "Barselona" ilə oyundakı möcüzəni təkrarlayacaqdı.
Belə ki, hesabı 9-cu dəqiqədə "Liverpul"un hücumçusu Sadio Mane açıb. Bundan 6 dəqiqə sonra hesaba tarzlıq gəlib. Ceyms Milnerin avtoqolu "Roma"uya bərabərlik gətirib. 25-ci dəqiqədə Klopun yetirmələri yenidən irəli çıxsa da, 52-ci dəqiqədə "Roima"lı Edin Ceko yenə bərabərliyi təmin edib. 86-cı dəqiqədə "Roma" üzsütnlüyü ələ alaraq daha bir qol vurub. Bu qoldan sonra daha da təzyiqi artıran "Roma" 90-cı dəqiqədə penalti ilə 4-cü qolu vurub.
Lakin əlavə vaxta italiyanlar daha bir qol vuraarq oyunu uzatmaya apara bilməyiblər. - 4:2.
Beləliklə, "Liverpul" mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda "Real Madrid" rəqibi olub.