Ötən gecə Çempionlar Liqasında "Real Madrid" "Bavariya"nı evində qəbul edib.

Mia.az bildirir ki, ilk oyunda 2:1 hesablı qələbə qazanan "Real Madrid" bu dəfə heç-heçəyə razılaşıb - 2:2.

Bununla da İsmaniya komandası finala yüksəlib.

Onu da qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi bu gün "Roma" ilə "Liverpul" oyunundan soona müəyyənləşəcək. 

Xatırladaq ki, "Liverpul" ilk görüşdə 5:2 hesablı qələbə qazanıb. 

Maraqlıdır, "Roma" "Barselona" ilə oyundakı möcüzəni bu dəfə də təkrarlaya biləcəkmi?