Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı təmsilçisi, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çaxmağı qəbul edib.
Bu barədə Mia.az-a nazirlikdən veirlən məlumata görə, görüş ETSN-nin binasında keçirilib. Görüş zamanı meşələrin mühafizəsi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, su bioresurslarının davamlı idarə edilməsi və ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ETSN ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.