Bakı sakini özünü qatar relslərinin üstünə atıb.

Hadisə bu gün saat 13:45 radələrində metronun "Gənclik” stansiyasında baş verib.

"Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxt sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib və özünü relslərin üstünə atıb: "Həmin zaman stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili oradan çıxardıblar”.