Bu gün "Qalatasaray"la "Beşiktaş" arasında derbi keçirilib.
Mia.az bildirir ki, oyuna həddən artıq sürətli və basqı ilə başlayan "Aslan"lar 23-cü dəqiqədə Fernandonun qolu ilə hesabı açıblar. 65-ci dəqiqədə isə "Beşiktaş"ın müdafiəçisi Toşiç Batefimbi Qomisə qarşı cərimə meydançası daxilində kobudluq etdiyi üçün meydandan qovulub. Hakimin təyin etdiyi penaltini isə "zərərçəkən" Qomis yerinə yetirə bilməyib. Onun topu üst dirəkdən dönüb.
Lakin bundan 5 dəqiqə sonra "Qalatasaray" Rodrigesin gözəl oyunu ilə 2-ci qolu vurub. Beləliklə, oyun bu hesabla başa çatıb - 2:0.
Bu qələbədən sonra xallarını 66-ya çatdıran "Qalatasaray" yenidən zirvəyə yerləşib. "Beşiktaş" isə 62 xalla 4-cü yerdədir.