Bakının Yusif Səfərov küçəsində çoxmərtəbəli binada axşam saatlarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, günorta saatlarında da həmin binada yanğın qeydə alınmışdı.