Bakıda "Trump Tower” binasında yanğın başlayıb.

Binanın üst mərtəbəsində əvvəlcə tüstülənmə başlasa da, sonradan yanğına çevrilib. Bu dəqiqələrdə başlayan yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Bina bir neçə il əvvəl tikilsə də, hələ də istifadəyə verilməyib.
Hazırda əməkdaşlarımız yanğın baş verən ərazidədir. Fövqəladə hallar nazirininmüavinigeneral-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Bir qədər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olay yerinə gəlib.