Hərbçilərimiz Türkiyədə keçirilən "Efes-2018” təlimlərində uğurla çıxış ediblər.

Pentatlon növü üzrə yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə çıxıb. Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub. Yarışların bu növündə 23 ölkənin hərbçilərindən ibarət komandalar iştirak edib.

Qeyd edək ki, "Efes-2018” təlimlərinin döyüş atışlı hissəsi mayın 7-dən 11-dək keçiriləcək.