UEFA Rumıniyanın ?Styaua? klubunun futbolçusu Pantelis Kapetanosu 4 oyunluq diskvalifikasiya edib. Buna səbəb futbolçunun Avropa Liqası turniri çərçivəsində baş tutan ?Styaua? ? ?Napoli? matçında rəqib futbolçunu dirsəyi ilə vurması olub. UEFA-nın İntizam Komitəsinin qərarına görə, futbolçu Avropa Liqası turniri çərçivəsində ?Utrext?, ?Napoli? və ?Liverpul?la oyunlarda meydana çıxmayacaq. Bundan başqa UEFA azarkeşlərinin özlərini lazımınca aparmamasına görə həm ?Styaua?, həm də ?Napoli? klubuna pul cəriməsi kəsib. Xatırladaq ki, ?Styaua? ? ?Napoli? matçı 3:3 hesabı ilə yekunlaşmışdı.