Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. İtiiham aktına görə, Fərabi Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 25 avqust tarixli sərəncamı ilə Münsif Məmməd oğlu Səfərov Ağcabədi rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.