Bu gün Yasamal rayon Məhkəməsində keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.
Hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasda E.Mahmudovun məhkəməyə gəlmədiyi bildirilib. "MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev iddia ərizəsində qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib.
Məhkəmə zalında E.Mahmudovun qaynı olduğunu bildirən şəxs keçmiş nazirin məhkəməyə verilməsi haqda dünən məlumat aldığını deyib. Buna görə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə prosesdə iştirak etmək üçün onlara vaxt verilməsini istəyib. Hakim qeyd edib ki, qanunverciliyə edilən dəyişikliyə əsasən nümayəndə yalnız Vəkillər Kollegiyasının üzvü ola bilər.