Bu gün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir k, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələrini öyrənilir, müvafiq müşahidələr həyata keçirilir:
Qeyd edilib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.