Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.

Mia.az Trend-ə istinadən xəbər verir ki, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.

Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.