Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Mia.az xəbər verir ki, yarımfinalda finala bərabər oyun olacaq.
Belə ki, İspaniya və Almaniya nəhəngləri üz-üzə gələcəklər:
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.
Final qarşılaşması isə mayın 6-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda baş tutacaq.