"Bakı" futbol klubunun 7 üzvü A milli komandalara dəvət alıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, oktyabr ayının 8-də Avstriya, 12-də isə Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 3 ?zolaqlı? futbolçunun xidmətlərindən yararlanmaq niyyətindədir. 3 oktyabr 2010-cu il tarixində start götürən təlim-məşq toplantısına qapıçı Aqil Məmmədov, yarımmüdafiəçi Fabio Luis Ramim və hücumçumuz Vaqif Cavadov dəvət olunublar. Paytaxt klubunun daha 2 üzvü Moldova milli komandasının düşərgəsinə yollanıb. Bunlar Vadim Borets və Aleksey Savinovdur. İbrahim Karqbo Syerra-Leone, Dare Nibombe isə Toqo yığmalarının şərəfini qorumaq uçun vətənlərinə yollanıblar.