Goranboy rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır/Report.