Qeyd edək ki, vətəndaşa həm atasının, həm də əmisinin adından çıxış etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələr də verilib.
Azər Ələkbərov bildirir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov özündən əvvəl çalışmış icra başçılarının imzaladığı sərəncamlara məhəl qoymayaraq, onu süründürməçiliyə salıb.
Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da məsələyə münasibətini dinləməyə hazırıq.
Mia.az Azinforum.az-a istinadən vətəndaşla hazırlanan videomüsahibəni təqdim edir: