Sabah Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadın bildirir ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-19, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 10-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.