Azərbaycanda narkomanlar arasında qadınların çoxu inyeksiyon narkotik istifadəçiləridir.
Bu məlumatı Movqe.az-a özəl açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva söyləyib.
L. Yolçiyeva bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin göndərdiyi müraciət əsasında verilən məlumalara əsasən 2017-ci ilin ölkədə yeni qeydiyyata alınmış narkomanların sayı 2115 nəfər təşkil edib. Beləliklə narkotik maddə istifadəçilərinin ümumi sayı 30131 nəfərə çatmışdır: "Onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatda olanlardır. İstifadəçilərin yaş həddinə nəzər salsaq 5 nəfər 18 yaşına qədər şəxslərdir. Qadınların sayı isə 595 nəfər təşkil edir. Qadınlardan 470 nəfəri inyeksion narkotik istifadəçiləridir. Ümumilikdə inyeksiyon narkotik istifadəçilərinin sayı 21038 nəfər təşkil edir”.