Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə "Zirə" doğma azarkeşlər önündə "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 53-cü dəqiqədə "Zirə" komandası açıb. Meydan sahiblərinin heyətində Milan Duriç penaltidən fərqlənib. Bərabərlik qolu isə 78-ci dəqiqəyə təsadüf edib. Stiven Monroz oyunda son nöqtəni qoyub.
Bununla da xallarını 41-ə çatdıran "Qəbələ" lider "Qarabağ"ın 12 xal gerisinə düşüb. Xallarını 35-ə çatdıran "Zirə" isə eyni xala malik "Sumqayıt"ı şəxsi göstəricilərdə üstələyərək, 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.