?Qalatasaray? klubunun baz məzqçisi Sərvət çətini klubun əsas heyətindən kənarlazdırıb
Türkiyənin ?Qalatasaray? klubunun hollandiyalı baş məşqçisi Frank Raykard Sərvət Çətini klubun əsas heyətindən kənarlaşdırıb. Dünən Baş məşqçi ?Qalatasaray?ın məşq prosesi zamanı istəksiz görünən futbolçunu soyunub-geyinmə otağına yollayıb.
Bugünki hazırlıq prosesində isə Raykard futbolçuların yanında Sərvət Çətinə peşəkar olmadığını bildirərək irad tutub. Sərvət Çətin isə baş məşqçiyə ?nə günah işlətmişəm ki, məni əsas heyətə daxil etmirsən??, - deyə sual verib. Klub rəhbərliyi isə qalmaqala münasibət bildirərək baş məşqçinin haqlı olduğunu bildirib.
Xatırladaq ki. əslən azərbaycanlı olan Sərvət Çətin ?Qalatasaray? klubundan əvvəl digər İstanbul nəhəngi olan ?Fənərbaxça?da forma geyinirdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11