Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb.
Mia.az trend-ə istinadən bildirir ki, hadisə minalardan təmizləmə zamanı baş verib. Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.
Qeyd olunur ki, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.