«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Kemerovo vilayətinin qubernator müavini Sergey Sivilov mitinqçilər qarşısında diz çöküb!
«Mən, yaramış indiki mürəkkəb vəziyyətə düşənlərdən üzr istəyirəm!» – deyə, məmur üzrxahlıq edib.
Məlumata görə, şəhərdə mitinqçilərin sayı bir neçə min nəfərdir – onlar Kuzbasın qubernatoru Amangəldi Tuleyevin istefaya göndərilməsi çağırışları səsləndirirlər.
Bu gün Kemerovoda keçirilən iclasda, ticarət mərkəzində baş vermiş yanğına görə, Tuleyev Prezident Putindən üzr istəyib.
İndi isə «Binəqədi yanğını»nı xatırlayın, bizim boynuyoğunların heç «tükü də tərpənmədi, reaksiyaları isə belə oldu: «Uşaqsan bala…».