Nizami rayonunda ölkə başçısının tapşırığına əsasən "Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçısı olan IX-IX sinif şagirdləri Naxçıvana yola salınıb.

Yolasalınma mərasimində Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib. Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bayraq Meydanı və Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, "Xan Sarayı” Dövlət Tarix-Memarlıq kompleksi, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksi, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyi, "Duzdağ” Fizioterapiya Mərkəzi, Culfa rayonunda "Əlincə qala” Abidə kompleksi, Ordubad rayonunda Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin Ev muzeyləri, Ordubad Came məscidi, Yeraltı məbəd və Buzxana tarix-memarlıq abidələri, Şahbuz rayonunda Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi, Kəngərli rayonunda Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Qarabağlar Memarlıq Kompleksi ilə tanış olacaqlar.

Bundan əlavə, şagirdlərin axşam saatlarında asudə vaxtlarının səmərəli təşkili üçün intellektual oyunlarının keçirilməsi və Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, Naxçıvan Musiqi Kollecinin konsertlərində iştirakı nəzərdə tutulub.