"Böyük oyun"da əzəli rəqibi "Neftçi"ni məğlub edən "Xəzər Lənkəran"ın futbolçuları mükafatlandırılıb. Klubun fəxri prezidenti, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov derbidə qələbəyə görə komanda üçün 200 min manat mükafat ayırıb. Xatırladaq ki, "Xəzər Lənkəran" "Böyük oyun"da "Neftçi" üzərində 1:0 hesablı qələbə qazanıb. Lənkəran klubunun qələbə qoluna Dieqo Ruiz imza atıb.