Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin də püşkü atılıb.
Mia.az xəbər verir ki, final mərhələsinə çıxan iki ingilis komandası püşkatmaya görə üz-üzə gələcəklər.
Belə ki, turnirin fovariti sayılan "Mançester Siti” "Liverpul"la oynayacaq. Azarkeşlərin böyük maraqla izlədiyi "Barselona” isə "Roma” ilə "döyüşəcək".
Beləliklə, 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya) - "Real” (İspaniya)
"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.