Bu gün  Avropa Liqasının 1/8 finalının cavab matçı çərçivəsində Rusiyanın "Lokomotiv" komandası İspaniyanın "Atletiko" komandasına böyük hesabla uduzub.

Mia.az xəbər verir ki, Moskvada baş tutan oyunda Madrid komandası 5:1 hesabı ilə inamlı qələbə qazanıb.

Qeyd edək ki, İspaniyada keçirilən görüşdə də ruslar uduzmuşdu - 3-0.

Bu qələbə ilə "Atletiko" isə 1/4 finala vəsiqə qazanıb.