Serbiyanın paytaxtı Belqrad şəhərində WAKO-nun (Ümumdünya Kikboksçu Təşkilatları Assosiasiyası) versiyası ilə yeniyetmələr arasında 8-ci, kadetlər arasında 4-cü dünya çempionatı keçirilib. Azərbaycan kikboksçuları yarışlarda 7 medal, o cümlədən 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Camal Məmmədov ( 51 kq, lou-kik), Əfqan Rəhmanlı (51 kq, K-1), Əli Səfərli (57 kq, lou-kik) və Ramin Həsənov (63 kq, layt-kontakt) qızıl medal, Rəvan Şəbiyev (51 kq, K-1) gümüş, Ruslan Musayev (42 kq, layt-kontakt) və Fərid Ağamoğlanov isə (51 kq, full-kontakt) bürünc medal əldə ediblər. Xatırladaq ki, Belqradda baş tutan yarışda Azərbaycanı 28 idmançı təmsil edib. Dünya çempionatında 50 ölkədən ümumilikdə 1500 idmançı iştirak edib.