Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunda Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Bavariya" klubunu qəbul edib. 

Oyun Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:3 (ilk oyun - 0:5).

Qollar: T.Alkantara - 18-ci dəqiqə (0:1), G.Gönül - 46-cı dəqiqə (0:2 avtoqol), V.Lav - 59-cu dəqiqə (1:2), S.Vaqner - 84-cü dəqiqə (1:3).

Beləliklə, "Bavariya" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.