Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

Hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.