Şirvan şəhərində sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.
Şirvan rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya yerləşdirilən xəstələrin xəsarətləri yüngüldür: "Ciddi xəsarət alan yoxdur. Müayinə olunduqdan sonra tam aydınlaşacaq. Xəstələrin şəxsiyyəti aydınlaşdırılır”.
Qeyd edək ki, bu gün səhər Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb/Teleqraf.com.