Futbolçu Zaur Ramazanov karyerasını bitirmək qərarına gəlib. Futbolçunun bir zamanlar şərəfini qoruduğu ?Xəzər Lənkəran? klubu Zaur Ramazanovu təntənə ilə yola salmaq qərarına gəlib. ?Xəzər Lənkəran? futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 2-də Unibank Premyer Liqasının VIII turunda ?Bakı? klubu ilə qarşılaşmasında təntənəli vidalaşma mərasimi keçiriləcək. Zaur Ramazanov topa ilk zərbəni vuraraq meydanı azarkeşlərin alqışları altında tərk edəcək. Xatırladaq ki, Zaur Ramazanov 2005-ci ildən ?Xəzər Lənkəran?ın ən böyük nəticə verən futbolçularından biri olub. ?Xəzər Lənkəran?ın bütün titulların qazanmasında Zaur Ramazanovun xidmətləri olub. Onun iştirakı ilə cənub klubu 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/2007 və 2007/2008), 1 dəfə ölkə çempionu (2006/2007) olub, 1 dəfə Birlik kubokunu qazanıb (2008).