Bakının 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Mia.az-a "Azərsu"dan bildirilib.

Məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyib.