07.03.2018-ci il tarixində "Bir qadın bir gül""Hər qadına bir çiçək" lahiyəsi çəçivəsində Biləcəri bələdiyyəsinin əməkdaşları tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü və Baharın gəlişi münasibəti ilə qəsəbə ərazisində özünəməxsus tədbir keçiriliib. 

Tədbirdə bayram libası geyinmiş və gül çələngi taxmış qızlar gül səbətlərinə yığılmış tər gül-çiçəklə qəsəbənin müxtəlif yerlərində- avtobuslarda, avtobus dayanacaqlarında, parklarda, ticarət obyektlərində olan sakinlərimizə gül dəstəsi təqdim edərək qarşıdan gələn bayramlarını təbrik etmişlər. Keçirilən tədbir sakinlərə xoş təsir bağışlamışdır.