Biləcəri bələdiyyəsinin kollektivi 06.03.2018-ci il tarixdə Od şərşənbəsini qəsəbə sakinləri ilə birlikdə keçiriblər.
Qəsəbənin Yeni yaşayış massivi Ordubadi küçəsində əsl bayram əhval-ruhiyyəsi yaşanmış, tonqallar qalanaraq şirniyyat və çay süfrəsi təşkil edilmib.
Bayram şənliyi həmin ərazidə yaşayan sakinlərdə, xüsusən də uşaqlarda xoş təəssürat yaratmışdır.



