Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsi sistemində hərbi qulluqçu kimi xidmət edən qadınlardan bəhs edən videorolik hazırlayıb.
Mia.az-ın məlumatına görə, videorolikdə ilk dəfədir DSX sistemində xidmət edən qadınlar barədə geniş məlumat əksini tapıb.
İndiyədək çoxlarımız qadın hərbi qulluqçuları DSX-nin mərkəzi aparatında, dövlət sərhədin nəzarət buraxılış məntəqələrində, tibb məntəqələrində və qərargahlarda xidmət edən görmüşük.
Videodan göründüyü qədər DSX qadın hərbi qulluqçuları qərargahlarla yanaşı bilavasitə döyüş tapşırıqlarında iştirak edəcək – xüsusi təyinatlı bölmələrdə atıcı, snayper, tankçı, zirehli texnika heyəti, Sahil Mühafizəsi gəmilərində müxtəlif vəzifələrdə, aviasiya dəstəsinin helikopterlərində pilot və digər sahələrdə də xidmət edirlər.