Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev idarə rəisini işdən çıxarıb.

Mia.az unikal.org-a istinadən xəbər ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlax Gömrük idarəsinin rəisi Məhəmməd Qasımovu vəzifəsindən azad edib. 

Yevlax Gömrük idarəsindən fakt təsdiq edilib. Bildirilib ki, Məhəmməd Qasımovun yerinə hələlik təyinat yoxdur.