8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində bir gün qeyri-iş günü olacaq.

Bu barədə Mia.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 "Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.