Bu gün Bakı metrosunda qatarların hərəkəti xeyli ləngiyib.

Mia.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumata görə, səhər saat 8 radələrində qatarlar tuneldə naməlum səbəbdən dayanıb. Havasızlıqdan xeyli adamın rahatsızlandığı da iddia olunur.

Baş verənlərlə bağlı Bakı Metropiliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama yayıb. 

O bildirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən. qatarların hərəkət intervalında gecikmə baş verir: "Hazırda nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

Mia.az