Türkiyə superliqasında daha bir baş məşqçi istefa verib.

Mia.az xəbər verir ki, bu gün "Konyaspor" öz meydanında "Yeni Malatyaspor"la qarşılaşmadan 0-1 hesabı ilə məğlub ayırılıb. 

Son 5 oyunda qalib gələ bilməyən "Konyaspor"un baş məşqçisi Mehmet Özdilek oyun bitəndən dərhal sonra istefa verib. Rəhbərlik istefanı qəbul edib.

Onu da qeyd edək ki, ikinci dövrəyə dünya çapında olan ulduz Samuel Eto'o ilə Adis Jahoviçi heyətinə qatan "Konyaspor" hazırda 18 komanda arasında 16-cı yeri tutur. Komandanın 21 xalı var.

Mia.az