Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən və 25 nəfərin ölümü ilə nəticələnənyanğınla əlaqədar AzərbaycanMilli Məclisinin sədriOqtay Əsədova başsağlığı verib.
Bu barədə Dumanın rəsmi saytında məlumat verilib.
"Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir.