Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.
Mia.az xəbər verir ki, yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:
"Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.