Daha bir Nardaran qəsəbə sakini silahını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Afət Əlizadə qundağı kəsilmiş "TOZ-16” markalı tüfəngi və 9 ədəd patronu könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
​