Rövnəq Abdullayev UEFA rəsmiləri ilə görüzüb
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA rəsmilərini qəbul edib. Verilən məlumata görə, R.Abdullayev qitə futbol qurumunun I vitse-prezidenti Şenes Erzik və UEFA prezidentinin baş məsləhətçisi Uilyam Qalyardla görüşüb.
AFFA prezidenti Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, hazırlanan yeni layihələr barədə ətraflı məlumat verib, görülən işlərdə dəstəyini əsirgəməyən Avropa futbol qurumuna minnətdarlığını bildirib. Erzik və Qalyard ölkəmizdə futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək AFFA-nın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə inandıqlarını bildiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11